"Qonşularımızla əlaqə sırımalarını qəbul etmirik", M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının İranın neft idxalına mane olmasının regional sülh və əmin-amanlığa xidmət etməyəcəyini vurğuladı.

1188209

  ABŞ aralarında Türkiyənin də olduğu 8 ölkəyə İrandan neft idxalına qadağa qoyur.

  Ağ Ev ölkə prezidenti Donald Trampın İrandan neft idxal edən ölkələrə qarşı sərbəstliklərin mayda bitdikdən sonra yeniləməmək qərarı verdiyini açıqlayıb.

 Məsələ ilə bağlı açıqlama verən M.Çavuşoğlu deyib:

 “Amerika Birləşmiş Ştatlarının İranın neft idxalına mane olması regional sülh və əmin-amanlığa xidmət etməyəcək və xüsusilə İran xalqına zərər verəcək. Birtərəfli sanksiyalar və qonşularımızla necə əlaqə yaradacağımız barədə sırımaları qəbul etmirik".

Әlaqәli Xәbәrlәr