Rәcәb Tayyib Әrdoğan gündәmdәki aktual mövzuları qiymәtlәndirib

Prezident Rәcәb Tayyib Әrdoğan İstanbulda jurnalistlәrin suallarını cavablandırıb.

1829872
Rәcәb Tayyib Әrdoğan gündәmdәki aktual mövzuları qiymәtlәndirib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan separatçı terror tәşkilatı PKK-nı terror tәşkilatı olaraq qәbul edәn Avropa İttifaqı vә Amerika Birlәşmiş Ştatlarına ‘‘Bәs PKK-nın Suriyadakı qolu YPG-ni niyә terror tәşkilatı olaraq qәbul etmirsiniz’’ sualını verib.

Prezident Rәcәb Tayyib Әrdoğan İstanbulda jurnalistlәrin suallarını cavablandırıb.

Jurnalistlәrin terrora qarşı aparılan mübarizә ilә bağlı sualını cavablandıran Rәcәb Tayyib Әrdoğan deyib:

‘‘Hazırda onlar Avropa İttifaqının  PKK-nı terror təşkilatı kimi tanıması üçün bәhanә yaradırlar. Terror təşkilatı olaraq qәbul etdiklәrini dedilər, bəs niyə YPG-ni terror təşkilatı olaraq qәbul etmirsiniz? YPG PKK-nın yaratdığı terror təşkilatıdır. Hətta ABŞ onlara danışıqlar mәsәlәsindә  çoxlu imkanlar verir. Bu terror təşkilatları başda Almaniya olmaqla  İsveç vә  Fransada  hәr cür nümayişlər keçirir. Bu ölkələrin hökumətləri onlara hər cür təminat verir. Bunları ikitərəfli görüşlərdə də həmişə onlara demişik, sənədlər təqdim etmişik. İraqın Qəndil bölgәsini  öz mәrkәzlәrinә çeviriblәr. Təəssüf ki, Qərb onları gizlədir. Bizə verin bu terrorçuları deyәndә vermirlər. Lazımi addımları atmağa davam edəcəyik”.

Rәcәb Tayyib Әrdoğan İsveç vә Finlandiyanın NATO-ya daxil olma prosesi ilә bağlı deyib:

‘’Bu gün Hollandiya Baş naziri Mark Rutte ilә görüş keçirdik.Sabah İngiltәrәnin vә Finlandiyanın görüşlә bağlı tәlәblәri var. NATO-nun Baş katibi Yens Stoltenberqlә görüşümüz olacaq. Bu terror tәşkilatının bütün sәnәdlәri bizdә olduğu üçün vә NATO-nun terrora qarşı hәssaslığını bildiyimiz üçün bu terror tәşkilatının NATO-ya daxil edilmәsinә ‘‘bәli’’ deyә bilmәrik. İsveç vә Finlandiya ilә bağlı da eyni şeyi düşünürәm. Öz parlamentlәrindә bunlara çıxış etmәyә icazә verirlәr, onları silah vә sürsatla tәmin edirlәr. Heçkim incimәsin amma bu terror tәşkilatlarının NATO-ya daxil olmasına ‘‘bәli’' deyә bilmәrik’’.

 



Әlaqәli Xәbәrlәr