Rəcəb Tayyib Ərdoğan Klaus İohannislə telefon əlaqəsi saxlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rumıniya Prezidenti Klaus İohannis arasında telefon danışığı olub.

2130040
Rəcəb Tayyib Ərdoğan Klaus İohannislə telefon əlaqəsi saxlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rumıniya Prezidenti Klaus İohannis arasında telefon danışığı olub. Telefon danışığı zamanı Türkiyə ilə Rumıniya arasındakı ikitərəfli əlaqələr, qlobal və regional məsələlər müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı iki ölkə arasında yüksək səviyyəli dialoqun artırılmasının vacibliyini vurğulayıb və iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası mexanizminin yaradılmasının faydalı olacağını bildirib.
Telefon danışığı zamanı Klaus İohannisin NATO-nun baş katibi vəzifəsinə namizədliyi də müzakirə olunub.



Әlaqәli Xәbәrlәr