Rәcәb Tayyib Әrdoğan: ''Rəqəmsallaşma yeni ədalətsizliklərə sәbәb olmamalıdır''

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, rəqəmsallaşma yeni ədalətsizliklərə vә haqsızlıqlara sәbәb olmamalıdır.

1537565
Rәcәb Tayyib Әrdoğan: ''Rəqəmsallaşma yeni ədalətsizliklərə sәbәb olmamalıdır''

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, rəqəmsallaşma yeni ədalətsizliklərə vә haqsızlıqlara sәbәb olmamalıdır.

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan ‘‘Pandemiyadan sonra dünyada beynәlxalq nizam vә dәyişәn dinamikalar’’ mövzusu ilә bu gün başlayan vә onlayn qaydada keçirilәn ‘‘TRT World Forum 2020’’yә videomesaj yolu ilә qatılıb.

Hәyatdakı hәr şey kimi texnologiyanın da insanın hәyatını asanlaşdırmaq üçün  olduğunu dilә gәtirәn Әrdoğan deyib: ‘‘Rəqəmsallaşma yeni ədalətsizliklərə vә  haqsızlıqlara sәbәb olmamalıdır’’.

Rәcәb Tayyib Әrdoğan bildirib ki, dövlәtlәrin vәtәndaşlarını qorumaq üçün atdığı xoşniyyәtli addımlar müstәqilliyә müdaxilә olaraq tәqdim edilir. Xoxniyyәtli sәylәrimizә könüllü şәkildә dәstәk vermәsәlәr dә Türkiyә hәr şәrtdә vәtәndaşlarının hüquqlarını qorumağa davam edәcәk.

Beynәlxalq media orqanlarının Avropadakı olayları görmәzlikdәn gәldiyini vә Fransanın medianı mühasirәyә almasını tәnqid etmәdiyini dilә gәtirәn Әrdoğan qeyd edib ki, media orqanlarının İslamofobiya vә ksenofobiya rәhbәrlik etmәsi hәqiqәtәn utanılası haldır. Media azadlığı pәrdәsi altında nümayiş etdirilәn mövqeyә dayan deyilmәyәcәyi tәqdirdә bunun acısını Avropa ilә bәrabәr bütün bәşәriyyәt çәkәcәk.

Türkiyә prezidenti hәmçinin beynәlxalq medianın monotonlaşdığı bu günlәrdә  ‘‘TRT World’’un әdalәtsizliklәrә qarşı әdalәtin sәsi olduğunu deyib.



 

 



Әlaqәli Xәbәrlәr