Rәcәb Tayyib Әrdoğan vә Mark Rutte arasında telefon danışığı olub

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Hollandiya Baş naziri Mark Rutte ilә telefon әlaqәsi saxlayıb.

1829885
Rәcәb Tayyib Әrdoğan vә Mark Rutte arasında telefon danışığı olub

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Hollandiya Baş naziri Mark Rutte ilә telefon әlaqәsi saxlayıb.

Bu barәdә Türkiyә Prezidenti Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, görüşdә İsveç vә Finlandiyanın NATO-ya daxil olmaqla bağlı tәlәblәri başda olmaqla regional mövzular müzakirә olunub.

Türkiyә prezidenti söhbәt zamanı İsveç vә Finlandiyanın NATO-ya daxil olmaqla bağlı müraciәtlәri mәsәlәsindә Türkiyәnin narahatlıqlarını ifadә edib  vә haqlı gözlәntilәrinin olduğunu deyib.  

Bu ölkələrin separatçı terror təşkilatı PKK/YPG-nin rəhbərliyi altındakı  şəxslərә və qondarma qurumlarla təmaslarına, hәmçinin  Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilәn strukturlara verdiyi dəstəyə işarə edən Rəcəb Tayyib Ərdoğan bunun ittifaqın  hәmrәyliyinә vә ikitәrәfli münasibәtlәrin ruhuna zidd olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr