Ərdoğan:"Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq"

Prezident Ərdoğan Adanın və bölgənin zənginliklərinin yalnız özlərinə aid olduğunu zənn edənlərin bu gün olduğu kimi gələcəkdə də qarşılarında Türkiyə və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) qətiyyətli mövqeyini görəcəyini söylədi.

28 Eylül 2019 06:15

Prezident Rəcəb Tayyib Ərdoğan Adanın və bölgənin zənginliklərinin yalnız özlərinə aid olduğunu zənn edənlərin bu gün olduğu kimi gələcəkdə də qarşılarında Türkiyə və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) qətiyyətli mövqeyini görəcəyini söylədi.

Prezident Ərdoğan paytaxt Ankarada keçirilən "Kıbrısda son panel" ə mesaj göndərdi.

Ərdoğan ŞKTC-nin Şərqi Aralıq dənizidəki maraqlarına istiqamətli hücumların artdığı bir dövrdə həyata keçirilən panelin Türkiyənin beynəlxalq platformalarda haqq, hüquq və ədalət üçün apardığı mübarizəsinə əhəmiyyətli töhfəsinin olacağına inandığını ifadə etdi.

Prezident Ərdoğan mesajında "Türkiyə olaraq öz maraqlarımızı necə müdafiə ediriksə, Kıbrıs Türklərinin Adadakı və Şərqi Aralıq dənizindəki maraqlarını da eyni qətiyyətlə müdafiə edirik. Adanın və bölgənin zənginliklərinin yalnız özlərinə aid olduğunu zənn edənlər, bu gün olduğu kimi gələcəkdə də qarşılarında Türkiyənin və Şimali Kıbrıs Türk Cümhuriyyətin qətiyyətli mövqeyini görəcəklər" dedi.