Ərdoğan: "Hər an hər şeyə hazırıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Suriyada yaradılacaq təhlükəsiz bölgəyə Türkiyə nəzarət etməlidir" dedi.

1146542
Ərdoğan: "Hər an hər şeyə hazırıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərində keçirilən Suriya mövzulu  üçtərəfli zirvə toplantısından vətənə qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verdi.

Ərdoğan müsahibəsində Rusiyanın təhlükəsiz bölgə məsələsinə müsbət yanaşdığını söylədi.

Prezident təhlükəsiz bölgənin Türkiyənin nəzarətində olmasının vacibliyini qeyd etdi və Ankaranın qırmızı xəttini xatırladaraq:"Təhlükəsiz bölgə Türkiyənin nəzarətində olmasa, bu o deməkdir ki, bizim Türkiyə olaraq təhlükəsizliyimiz hər an yenə təhdid altında olmağa davam edəcək. Təhlükəsiz bölgənin YPG / PKK separatçı terror təşkilatı üçün bir növ  qoruma qalxanı olmasına icazə verə bilmərik. Bu barədə çox qərarlıyıq. Bunun bilinməsini istəyirik" dedi.

Ərdoğan Fərat çayının şərqinin terror təşkilatlarından təmizlənməsinin vacib olduğunu bir daha qeyd etdi. 1998-ci ildə Suriya ilə imzalanan Adana Konvensiyasını  xatırladaraq: "Müqavilənin ruhunda terrora qarşı mübarizə var" dedi.

Türkiyə prezidenti əlaqədar qurumların bu müqavilə üzərində işlədiklərini vurğuladı və sözünə davam edərək: " Terrorizmlə mübarizədə bu müqaviləni ölkəmizin lehinə istifadə etmək üçün əlimizdən gələni edəcəyik. Tədbirlərimizi gördük. Hər an hər şeyə hazırıq. Quru, hava- hər tərəfdə varıq" dedi.

Prezident İdliblə bağlı verilən suala burada Rusiya ilə birgə əməliyyat üçün yaşıl işıq yandırıldığını bildirərək: "Hadisələrin inkişafına görə birgə əməliyyatlar hər an həyata keçirilə bilər. Heç bir maneə yoxdur. Hazırda görülən tədbirlər İdlib xalqının sülhü, xoşbəxtliyi və rifahı naminədir".

Rusiyadan gələn S-400 hava müdafiə  sistemlərinin satın alınması ilə bağlı da fikir bildirən Ərdoğan geri addım atmağın müzakirə mövzusu olmadığını ifadə edərək: " Bu iş bitdi" dedi və müdafiə sistemlərinin planlaşdırılan təhvil tarixinin iyul ayı olduğunu söylədi.



Әlaqәli Xәbәrlәr