Ərdoğan müsəlman ölkələri başçıları ilə telefonda danışdı

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə...

1422725
Ərdoğan müsəlman ölkələri başçıları ilə telefonda danışdı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özbəkistanlı həmkarı Şevket Mirziyoyev, İordaniya Kralı II Abdullah, Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah və bir çox müsəlman ölkəsinin başçıları ilə telefonda danışıb.

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, qarşılıqlı Ramazan bayramı təbriki zamanı ölkə başçıları dövlətləri arasındakı münasibətləri, korona virusu (Covid-19) ilə mübarizədə əməkdaşlıq mövzuları və regional prosesləri müzakirə ediblər.



Әlaqәli Xәbәrlәr