Ərdoğan Türkiyə əsgərlərini Ramazan bayramı münasibətilə təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli müdafiə naziri Hulusi Akar və əsgərləri Ramazan bayramı münasibətilə təbrik etdi

1422885
Ərdoğan Türkiyə əsgərlərini Ramazan bayramı münasibətilə təbrik etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli müdafiə naziri Hulusi Akar və əsgərləri Ramazan bayramı münasibətilə təbrik etdi.

  Türkiyə Silahlı Qüvvələrinin komandirləri ilə Hataydakı hərbi dəniz donanması əsgərlərinə baş çəkən H.Akara zəng edən R.T.Ərdoğan Aralıq dənizi, Egey dənizi və Qaradənizdəki donanma qüvvələri, Suriyanın İdlib və Afrin bölgələrində xidmətdə olan mehmetçiklərə ayrı-ayrılıqda xitab edərək deyib: “Terrorla mübarizədə “Sülh çeşməsi” əməliyyatı çərçivəsində Afrin və İdlibdə qəhrəmanlıq nümayiş etdirən əsgərlərimizi əsla unutmuruq. Mən sizi gözlərinizdən öpürəm. Ramazan bayramınızı təbrik edirəm. İnşaallah, bundan sonrakı bayramları korona virusu bəlasından qurtulmuş olaraq qeyd etməyi Rəbbim bizə nəsib etsin. Sizə xüsusi salam və “Rəbbim güc, qüvvət versin” deyirəm.  

  Ölkəmizin bütün dənizlərində və xüsusən də Aralıq dənizində xidmət göstərən bütün hərbçilərimizi də şəxsən və xalqımız adından səmimi qəlbdən təbrik edirəm. Bayramı, inşaallah, bayram kimi qeyd edəcəyimiz günlərdə bir araya gəlməyi Allah bizə nəsib etsin. Ramazan bayramı münasibətilə sizi və ailələrinizi təbrik edirəm."



Әlaqәli Xәbәrlәr