Ərdoğan və Tramp arasında telefon danışığı oldu

Martın 31-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

1388640
Ərdoğan və Tramp arasında telefon danışığı oldu

 

  Martın 31-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.  Türkiyənin Prezident Administrasiyasının verdiyi xəbərə görə, telefon danışığı zamanı prezidentlər ikitərəfli münasibətləri, regional prosesləri, eləcə də dünyada sürətlə yayılan yeni növ korona virusu (Covid-19) infeksiyası ilə mübarizə məsələlərini müzakirə ediblər. Tərəflər virusla mübarizədə tədbir və təcrübə mübadiləsi əsasında birgə addımlar atmağın vacibliyini vurğulayıblar.

  Dövlət başçıları, həmçinin Liviya və Suriyada atəşkəsə riayət olunmasının əhəmiyyətini qeyd ediblər.



Әlaqәli Xәbәrlәr