Ərdoğan xalqı Ramazan Bayramı münasibətilə təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ korona virusu epidemiyasından (Covid-19) sonra siyasi və iqtisadi cəhətdən yenidən qurulacaq dünyada Türkiyənin gücünün, sərvətinin, firavanlığının daha çox olacağını söylədi

1422352
Ərdoğan xalqı Ramazan Bayramı münasibətilə təbrik etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ korona virusu epidemiyasından (Covid-19) sonra siyasi və iqtisadi cəhətdən yenidən qurulacaq dünyada Türkiyənin gücünün, sərvətinin, firavanlığının daha çox olacağını söylədi.

  Ramazan Bayramı münasibətilə xalqı təbrik edən Ərdoğan deyib: "Virus epidemiyasından (Covid-19) sonra siyasi və iqtisadi cəhətdən yenidən qurulacaq dünyada Türkiyənin gücü, sərvəti və firavanlığı daha çox olacaq. Görülən tədbirlər nəticəsində vətəndaşlarımızın heç birinin zərər, çətinlik və məhrumiyyət çəkməməsi üçün ölkəmizin bütün qaynaqlarını səfərbər etdik.

  Türkiyə ilə eyni zamanda Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Fələstin, İordaniya, İraq, Yəmən, Misir, Liviya, Suriya, Livan, Əlcəzair və Tunis, o cümlədən 15 ölkə Ramazan bayramını qeyd edəcəkdir. Ölkəmizdə 24 may bazar günündən başlayaraq Ramazan Bayramı 3 gün sürəcək. Bayramımız mübarək olsun.”



Әlaqәli Xәbәrlәr