Ərdoğanın Pakistan səfəri yenə təxirə düşdü

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Faysal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 23-24 oktyabrda gedəcəyi Pakistan səfərinin yenə təxirə salındığını açıqladı.

1289897

  Həftəlik mətbuat konfransında danışan M.Faysal mövzu ilə bağlı deyib:

  “Pakistan prezidenti Arif Alvi və baş nazir İmran Xan ilk dəfə olaraq Türkiyə prezidenti R.T.Ərdoğanı ölkədə qəbul edəcəklər.

  Ərdoğanın Pakistana edəcəyi səfər təxirə salındı. Tarix təkrar planlaşdırılacaq”.

  Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Faysal Türkiyənin Suriyanın şimalındakı terror hədəflərinə qarşı həyata keçirdiyi “Sülh çeşməsi” hərəkatına da toxunaraq bunları söyləyib:  

  “Türkiyə terrordan ən çox çəkən ölkələrdən biridir. Yaşanan regional təhlükəsizlik narahatlıqlarını anlamaq mümkündür. Baş nazir İmran Xan Ərdoğana zəng edərək Pakistanın bu məsələdəki dəstəyini Türkiyə prezidentinə çatdırıb. Pakistan Suriyanın ərazi bütövlüyü və ən qısa zamanda siyasi həllin təmin olunmasına dəstəyini davam etdirir".

Әlaqәli Xәbәrlәr