Ərdoğanın Qətər səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 illik fasilədən sonra dekabrın 6-da Qətərə rəsmi səfərə gedir

1743234
Ərdoğanın Qətər səfəri

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 illik fasilədən sonra dekabrın 6-da Qətərə rəsmi səfərə gedir. O, paytaxt Dohada Qətər Əmiri Şeyx Temim ibn Hamed əl-Sani tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Sonra iki ölkə başçısı arasında təkbətək görüş keçiriləcək.

  Türkiyə-Qətər əlaqələrinin hərtərəfli müzakirə ediləcəyi görüşdə Əfqanıstan, Suriya və Liviya başda olmaqla regional proseslər haqqında fikir mübadiləsi aparılacaq.

  Ərdoğanın Qətər səfərində mövcud əməkdaşlığın artırılması üçün konkret addımlar da atılacaq. Bu çərçivədə VII Türkiyə-Qətər Yüksək Strateji Komitə Yığıncağı reallaşdırılacaq ki, Ərdoğan və Hamed əl-Saninin başçılıq edəcəyi bu iclasda müxtəlif sahələr üzrə müqavilələrə imza atılacaq.

  Xatırladaq ki, iki ölkə arasında birincisi 2015-ci ildə edilən komitə iclaslarının nəticəsində ticarətdən enerjiyə və müdafiə sənayesinə qədər bir çox sahədə 62 müqavilə imzalanıb.



Әlaqәli Xәbәrlәr