Şəhid uşaqları Milli Müdafiə Nazirliyində oldular

Milli Müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin (TSQ) komandirləri 23 aprel- Milli Suverenlik və Uşaq Bayramı münasibətilə şəhid uşaqları ilə bir araya gəldi.

1188060

Terrorla mübarizə əməliyyatı zamanı şəhid olan təhlükəsizlik qüvvələrilə Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyuldakı (2016) xain çəvriliş cəhdinin aradan qaldırılması zamanı şəhid olanların uşaqlarının yer aldığı 30 uşaqdan ibarət qrup 23 aprel- Milli Suverenlik və Uşaq Bayramına görə Milli Müdafiə Nazirliyinə dəvət olundu.

Uşaqların qəbulunda həm sevincli həm də duyğulu anlar yaşandı.  

23 aprel- Milli Suverenlik və Uşaq Bayramının dünyada uşaqlara həsr edilən ilk və tək bayram olduğunu vurğulayan Akar “23 Aprel uşaqlarımıza, gənclərimizə verdiyimizin əhəmiyyətin ən gözəl göstəricisidir” deyə söylədi.

Türkiyə Silahlı Qüvvələrinin ölkənin birliyi və bütövlüyü ilə millətin rahatı və dincliyi üçün cəhd göstərdiyini ifadə edən Akar bildirdi ki, biz indi burada oturarkən belə sərhədlərimizdə, quruda, havada, dənizdə əsgərlərimiz keşik çəkir, vəzifələrini icra edirlər.

Görüşün axırında uşaqlara müxtəlif hədiyyələr verən Akar və komandirlər onlarla xatirə şəkli də çəkdirdi.  

Әlaqәli Xәbәrlәr