“SunExpress” 4 iyundan uçuşlarına başlayır

“SunExpress”dən verilən yazılı məlumata görə

1423322
“SunExpress” 4 iyundan uçuşlarına başlayır

 

  Yeni tip korona virusu (Covid-19) üzündən ölkədaxili və xarici səfərlərini təxirə salan “SunExpress” lazımlı bütün tədbirləri görərək 4 iyundan iç xətt uçuşlarına mərhələli olaraq başlayacağını elan etdi.

  “SunExpress”dən verilən yazılı məlumata görə, şirkət sərnişinlərilə uçuş heyətinin sağlam və təhlükəsiz səyahəti üçün milli və beynəlxalq səhiyyə və havaçılıq qurumları ilə əməkdaşlıq içində lazım olan bütün tədbirlər görülərək uçuşlara başlanacaq.

  “SunExpress” İdarə Heyətinin (CEO) sədri Maks Kovnatski (Max Kownatzki) sözügedən mövzu ilə bağlı deyib: "Əgər hər hansı bir dəyişiklik olmazsa, İzmir və Antaliyadan həm Türkiyənin digər şəhərləri, həm də Avropanın ölkələrinə ən çox uçan hava yolu olaraq 4 iyundan daxili xətt uçuşlarına mərhələli olaraq başlayacağıq. Turistik uçuşlara isə iyun ayının ortasından sonra başlamağı planlayırıq. Bu, ölkələrin qarşılıqlı səyahət planına uyğun olaraq həyata keçiriləcək."

  Qeyd edək ki, Türkiyə mərkəzli hava yolu şirkəti “SunExpress” ölkənin məşhur tətil bölgələrindən Avropaya tarifli və “charter” uçuşları təşkil edir.



Әlaqәli Xәbәrlәr