“Suriyada Fərat çayının şərqinə əməliyyat hazırlaqları tamamlandı”, F.Oqtay

Prezident müavini Fuad Oqtay Türkiyə Böyük Millət Məclisinin ümumi iclasında keçirilən büdcə görüşlərində gündəmi qiymətləndirdi.

1104674
“Suriyada Fərat çayının şərqinə əməliyyat hazırlaqları tamamlandı”, F.Oqtay

“Suriyada Fərat çayının şərqinə əməliyyat hazırlaqları tamamlandı”, F.Oqtay

Bunu prezident müavini Fuad Oqtay Türkiyə Böyük Millət Məclisinin ümumi iclasında keçirilən büdcə görüşlərində söylədi.

Suriya sərhədində terrorçu ünsürləri təmizləmək üçün qətiyyətli olunacağına dair açıqlama verən Oqtay bildirdi ki, ABŞ ilə diplomatik yolları axıradək təcrübə edirik. Ancaq bu yolların ölkəmizin başını qatmaq taktikasına çevrilməsi, cənab prezidentimizin sözlərilə bizi bir daha “öz göbəyimizi özümüzün kəsməsinə” məcbur edəcəkdir. Bununla bağlı bütün hazırlıqları görmüşük.

Suriyanın şimalında terror təşkilatı YPG/PKK-nı yerləşdirən ABŞ-a səslənən Oqtay “Xüsusilə YPG/PKK və Fətullahçı terror təşkilatı (FETÖ) mövzusunda getdikcə dərinləşən fərqli yanaşmalara sahib olduğumuzu görürük. Qarşımızda ölkəmizin terror təşkilatları apardığı mübarizəsinə hörmət göstərən və dəstək verən bir ABŞ görmək istəyirik” deyə ifadə etdi.

Oqtay Fransada 4-cü həftədir davam edən etiraz oksiyaları və polisin zorakılığına diqqət çəkərək Qərbə dedi ki, son həftələrdə Paris başda olmaqla müxtəlif Avropa şəhərlərində ortaya çıxan görüntülər Qərbin bu mövzulardakı ziddiyyətlərini və ikili standartlarını ortaya qoymuşdur.

Şərqi Aralıq dənizində Yunanıstan və Kıbrıs Rum icması tərəfindən təktərəfli enerji axtarma fəaliyyətləri məsələsinə də toxunan Fuad Oqtay bildirdi ki, Türkiyə Kıbrısda, Egey və Şərqi Aralıq dənizindəki karbohidrogen mənbələri məsələsində mənfəətlərindən kiçik də olsa güzəştə getməyəcək. Xüsusilə Avropa İttifaqı tərəfindən əzizlənən Yunanıstan və Kıbrıs Rum icması ölkəmiz və Kıbrıs Türklərinin əleyhinə atmağa cəhd göstərdiyi addımlara qətiyyətli olaraq icazə verilməyəcəkdir.



Әlaqәli Xәbәrlәr