Terrorla mübarizə davam edir

Ölkə daxilində terrorla mübarizə çərçivəsində keçən həftə başlanan “Kapan” əməliyyatları sürətli şəkildə davam edir.

1342763
Terrorla mübarizə davam edir

Ölkə daxilində terrorla mübarizə çərçivəsində keçən həftə başlanan “Kapan” əməliyyatları sürətli şəkildə davam edir.

Daxili İşlər Nazirliyi tərəfindən Batmanda xüsusi təyinatlı jandarm komanda, polis hərəkat və digər təhlükəsizlik qüvvələrinin iştirakı ilə başlanan “Kapan-4 Mava əməliyyatı” davam edir.

Həmin çərçivədə Batmanda Mava məskunlaşma sahəsində olduğu bildirilən terrorçuların zərərsizləşdirmək məqsədilə dünən başlanan və Diyarbəkir Jandarm Bölgə ilə Batman Vilayət Jandarm komandanlarının şəxsi olaraq ərazidə nəzarət etdiyi  “Kapan-4 Mava Əməliyyatı”nda indiyədək terrorçular tərəfindən istifadə olunan13 sığınacaq yeri və 28 mağara məhv edilib.

Mağaralarda aparılan axtarış fəaliyyətlərində ələ keçirilən partlayıcı və digər silah-sursat məhv edilib.

Digər tərəfdən əməliyyat çərçivəsində aşkarlanan bir mağarada təşkilat daxilində öldürüldüyü güman edilən bir nəfərin meyti tapılıb.



Әlaqәli Xәbәrlәr