TMMN: ''Türkiyə-Rusiya birgә mərkəzinin yaradılmasına dair razılaşma imzalanıb''

Türkiyәnin Milli Müdafiә Nazirliyi (TMMN) Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqların tamamlanaraq razılaşmanın imzalandığını bildirib.

1537474

Mәlumatda mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlərin getdiyi vurğulanıb.

Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә verilәn mәlumatda qeyd olunub ki,  Azərbaycan ilə Ermənistan arasındakı atəşkəsin tətbiq olunmasını müşahidə və təftiş etmək məqsədi ilə noyabrın 11-də Türkiyə milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında videokonfrans vasitəsilə ilkin anlaşma imzalanmışdı.

Әlaqәli Xәbәrlәr