Türk Qızılayından Yəmənə qida yardımı

Türk Qızılayı Yəmənin Mərib və Ebyen şəhərlərindəki köçkünlərə 2 min 400 qutu qida yardımı etdi.

1187199
Türk Qızılayından Yəmənə qida yardımı

Türk Qızılayı Yəmənin Mərib və Ebyen şəhərlərindəki köçkünlərə 2 min 400 qutu qida yardımı etdi.
 
 Türk Qızılayının Yəməndəki nümayəndəsi Məhəmməd əl-Hammadi Ebyendəki  köçkünlərə 2 min, Maribdəki köçkünlərə də 400 qida qutusunun paylandığını söylədi.
 
 Qızılayın Yəmən Nümayəndə Heyətinin rəhbəri Mustafa Aydın çərşənbə günü verdiyi açıqlamada Qızılayın 11 min ərzaq qutusunun paylama kampaniyasının Mərib şəhərindən başladığını, yəmənlilərə təxminən 440 tonluq yardımın aprelin 30-a qədər başa çatdırılacağını qeyd etmişdi.
 
 Türkiyə bir sıra dərnək vasitəsilə Yəməndə müharibə üzündən yurdlarından-yuvalarından didərgin düşən köçkünlərə və yoxsul ailələrə yardım göstərir.
 
 Xatırladaq ki, uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə Husilər ilə hökumətə tabe olan qüvvələr arasında qarşıdurmalar baş verir.
 
 Husilər 2014-cü ilin sentyabrından etibarən  paytaxt Sana və bəzi bölgələrin nəzarətini ələ keçirib. Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri 2015-ci ilin martından bu yana Yəmən hökumətinə Husilərə qarşı  dəstək verir.
 
 Ölkədəki aclıq, vəba, qarşıdurma və hava hücumları Yəmən xalqının həyatını kritik dərəcədə ağırlaşdırıb.



Әlaqәli Xәbәrlәr