Türkiyə Antonio Quterreşi təbrik edib

Türkiyə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibliyinə ikinci dəfə təyin olunan Antonio Quterreşi təbrik edib.

1660915
Türkiyə  Antonio Quterreşi təbrik edib

Türkiyə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibliyinə ikinci dəfə təyin olunan Antonio Quterreşi təbrik edib.
Xarici İşlər Nazirliyi tərəfindən yayılan açıqlamada BMT Baş Assambleyasının Quterreşin ikinci 5 illik müddətə yenidən təyin edilməsi barədə qərarını 18 iyun 2021-ci ildə qəbul etdiyi məlumatı yer alıb. 

Açıqlamada "Cənab Quterreşi yenidən BMT-nin Baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edirik. BMT Baş katibi GQuterreşin hazırkı səlahiyyət müddəti ərzində ölkəmizlə qurduğu yaxın və dostluq münasibətlərinin qarşıdakı dövrdə də davam edəcəyinə tam inanırıq" ifadələrindən istifadə edilib. 

Türkiyənin BMT Şərtinin məqsəd və prinsiplərinə çatmaq hədəfi istiqamətində BMT Baş katibi və Birləşmiş Millətlər Təşkilatının işinə verdiyi töhfəni gücləndirməyə davam edəcəyi vurğulanıb.

"Quterreşin yenidən təyin olunma qərarının qəbul edildiyi Baş Məclisin iclası da daxil olmaqla bütün təyinat prosesininı BMT Baş Assmbleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkırın rəhbərliyi altında həyata keçirilməsi ölkəmiz üçün ayrı bir qürur mənbəyidir" məlumatı yer alıb.



Әlaqәli Xәbәrlәr