Türkiyə Boliviyada baş verənlərdən narahatlığını dilə gətirdi

Türkiyə Boliviya prezidenti Evo Moralesin istefası ilə nəticələnən hadisələri narahatlıqla təqib etdiyini bildirdi.

1304324

  Xarici İşlər Nazirliyi mövzu ilə bağlı açıqlama verib:

  “Türkiyə iqtidarın demokratik yollarla hakimiyyətə gəlməsini qəbul edir. Bu baxımdan Boliviyada prezident Evo Moralesin istefası ilə nəticələnən hadisələri narahatlıqla təqib edirik. Ölkədə gərginliyin azaldılması, normal həyata geri qayıdılması, demokratiyanın Boliviya xalqının səsi əsasında təkrar keçiriləcək seçkilərlə sülh, dinclik və sabitliyi təmin etməsini diləyirik”.

  Xatırladaq ki, Boliviyada 20 oktyabrda keçirilən prezident seçkilərindən sonra müxalifət “saxtakarlıq” edildiyini irəli sürmüş və tərəflər qarşılıqlı olaraq küçələrdə etiraz aksiyaları keçirməyə başlamışdı. Mübahisəli seçki nəticələrindən sonra günlərdir müxalifət seçkilərin ləğv olunması və təkrar seçki keçirilməsini tələb edirdi. Nəticədə Evo Morales təkrar seçki keçirilməsini elan etdi, özü isə namizədlikdən geri çəkildiyini açıqladı.

Әlaqәli Xәbәrlәr