Türkiyə bütün İslam aləminə “Ramazan bayramınız mübarək” dedi

"Rəbbimdən bir sonrakı Ramazan ayına bizi cansağlığı, dinclik və əmin-amanlıqla qovuşdurmasını diləyirəm", R.T.Ərdoğan

1422758
Türkiyə bütün İslam aləminə “Ramazan bayramınız mübarək” dedi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dünyasının Ramazan Bayramını təbrik etdi.

  "Twitter"dən Ramazan Bayramı mesajı paylaşan Ərdoğan təbrikində deyib: "Bütün İslam dünyasını və xalqımızı mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm. Rəbbimdən bir sonrakı Ramazan ayına bizi cansağlığı, dinclik və əmin-amanlıqla qovuşdurmasını diləyirəm."

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay da “twitter”dən təbrik edərək yazıb: "Əziz xalqım və bütün İslam dünyasının Ramazan bayramını ürəkdən təbrik edirəm. Bayramımız mübarək, hər günümüz bayram olsun. Allah Təaladan Ramazan bayramının evlərimizə və qəlblərimizə barış, firavanlıq, bütün bəşəriyyətə cansağlığı gətirməsini arzu edirəm”.

  Türkiyə Dini İşlər (Diyanət) İdarəsinin başçısı Əli Erbaş korona virusuyla (Covid-19) əlaqədar sosial məsafə qaydalarını qoruyaraq paytaxt Ankaradakı Ahmet Hamdi Akseki məscidində Ramazan ziyafəti üçün xütbə oxuyub: "Ramazan bayramı dilləri, irqləri, rəngləri, coğrafiyaları, mədəniyyətləri fərqli olsa da, inancları ibadət və dua olan müsəlmanların mübarək günüdür."

  Xaricdəki Türklər və Əqrəba İcmalar Departamentinin (YTB) direktoru Abdullah Eren vətəndaşları və tələbələri təbrik edərək deyib: “Həm epidemiya, həm Ramazan ayı boyu Türkiyədə təhsil alan xarici tələbələri də yalnız qoymadıq, hər cür ehtiyaclarını təmin etməyə çalışdıq, yanlarında olduq”.

  Türkiyə xalqını Ramazan bayramı münasibətilə öz “twitter” hesabından videolu təbrik edən ölkənin səhiyyə naziri Fəxrəddin Koca deyib: “Ən səmimi diləyimiz indi yaşaya bilmədiyimiz gözəllikləri tezliklə yaşamaqdır. Bayramımız mübarək olsun."



Әlaqәli Xәbәrlәr