Türkiyədən Yunanıstana keçmək istəyən qeyri-leqal miqrantlar saxlanıldı

Əfqanıstan və Mərkəzi Afrika vətəndaşları olan qaçqınlar qanunsuz yollarla Yunanıstanın Semadirek adasına keçmək üçün Eceabat qəsəbəsi sahilindən dənizə çıxmışdılar

1423237
Türkiyədən Yunanıstana keçmək istəyən qeyri-leqal miqrantlar saxlanıldı

 

  Türkiyədən dəniz yolu ilə qanunsuz olaraq Yunanıstana keçmək istəyən 40 qeyri-leqal miqrant saxlanılıb.

  Əfqanıstan və Mərkəzi Afrika vətəndaşları olan qaçqınlar qanunsuz yollarla Yunanıstanın Semadirek adasına keçmək üçün Eceabat qəsəbəsi sahilindən dənizə çıxmışdılar.

  Türkiyənin Çanaqqala şəhərinin Gökçeada qəsəbəsi Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxslər geri – Eceabata gətirilərək ölkənin Miqrasiya Xidmətinə təhvil verilib.

  Rezin qayıq vasitəsilə ölkəni tərk etmək istəyən miqrantlardan 12-si qadın, 12-si isə uşaqdır.



Әlaqәli Xәbәrlәr