Türkiyə İtaliya və İspaniyaya yardım göndərdi

Türkiyə yeni növ koronavirusdan (Covid-19) ən çox əziyyət çəkən ölkələrdən olan və eyni zamanda epidemiyanın Avropadakı mərkəzinə çevrilən İspaniya və İtaliyaya yardım göndərdi.

1389169
Türkiyə İtaliya və İspaniyaya yardım göndərdi
Turkiye ispanya italya yardim1.jpg
Turkiye ispanya italya yardim.jpg

Türkiyə yeni növ koronavirusdan (Covid-19) ən çox əziyyət çəkən ölkələrdən olan və eyni zamanda epidemiyanın Avropadakı mərkəzinə çevrilən İspaniya və İtaliyaya yardım göndərdi.

Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, Nazirliyə aid fabriklərdə yerli və milli imkanlarla istehsal edilən müxtəlif tipdə maska, tibbi geyim və antibakterial mayedən ibarət tibbi məhsullar koronavirus ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə aid təyyarə ilə İtaliya və İspaniyaya göndəriləcək.

Göndərilən bağlamaların üzərində italyan və ispan dillərində Mövlananın “Ümidsizlikdən sonra necə ümidlər var. Qaranlıqdan sonra necə günəşlər var” və “Türkiyədən İspaniya və İtaliya xalqlarına sevgilərlə” sözləri yazılıb.

Yardım aparan təyyarə paytaxt Ankarada yerləşən Etimesgut hərbi hava limanından artıq yola düşüb. 

Paytaxt Madridə eniş edən təyyarə daha sonra İtaliyaya gedəcək. 



Әlaqәli Xәbәrlәr