Türkiyə Milli Həmrəylik Kampaniyası üçün toplanan məbləğ 2 milyardı keçib

Türkiyədə Milli Həmrəylik Kampaniyasına indiyədək 2 milyard lirədən artıq vəsait toplanıb

1422419
Türkiyə Milli Həmrəylik Kampaniyası üçün toplanan məbləğ 2 milyardı keçib

 

  Türkiyədə korona virusuyla mübarizə tədbirləri çərçivəsində başlanılan Milli Həmrəylik Kampaniyasına 2 milyard lirədən artıq vəsait toplanıb. Bu barədə ölkənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlçuk bildirib.

  Qeyd edilib ki, aztəminatlı ailələrə əlavə maddi dəstək göstərmək məqsədilə martın 30-da başlanılan yardımlaşma kampaniyasından faydalanmaq üçün indiyədək 6 milyon 405 min 225 vətəndaş tərəfindən müraciət olunub.

  Xatırladaq ki, Türkiyə prezidenti R.T.Ərdoğan yeddi aylıq əməkhaqqı məbləğini kampaniya çərçivəsində ölkənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi nəzdində açılan hesaba ianə edib.



Әlaqәli Xәbәrlәr