Türkiyə Nigerdə törədilən terror aktını qınayıb

Türkiyə Nigerin Mali ilə sərhədində yerləşən G5 Sahel Birgə Qüvvələrinin qərargahına edilən terror hücumunu pisləyib.

1743356
Türkiyə Nigerdə törədilən terror aktını qınayıb

Xarici İşlər Nazirliyindən verilən açıqlamada: “Nigerin Tera/Tillaberi ərazisində G5 Sahel Birgə Qüvvələrinin istifadəsinə həsr edilmiş bazaya təşkil edilən terror hücumunda Niger təhlükəsizlik qüvvələrinin 29 əməkdaşının həyatını itirməsini dərin hüznlə qarşılayır və bu mənfur terror aktını lənətləyirik. Hücumda həyatını itirən əsgərlərin ailələrinə, dost və qardaş Niger xalqına və hökumətinə başsağlığı veririk.

Niger mediasının məlumatına görə dünən G5 Sahel Qüvvələrinin qərargahına naməlum silahlı şəxslər tərəfindən hücum edilib. Hadisədə ilkin məlumata görə, 29 əsgər şəhid olub. Müqavimət göstərən hərbçilər tərəfindən 79 terrorçu öldürülüb.



Әlaqәli Xәbәrlәr