Türkiyә Nigeriyadakı mәktәblәrin birinә tәşkil edilәn hücumu qınadı

Türkiyә Nigeriyadakı bir mәktәbә silahlı qruplaşmalar tәrәfindәn tәşkil edilәn hücum nәticәsindә 300-dәn çox  şagirdin girov götürülmәsini qınayıb.

1591751

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘Nigeriyanın Zamfara әyalәtindә yerlәşәn mәktәbә tәşkil edilәn hücum nәticәsindә 300-dәn çox şagirdin girov götürülmәsi ilә bağlı xәbәr bizi kәdәrlәndirib. Günahsız şagirdlәrә edilәn bu xain hücumu qınayırıq. Girov götürülәn şagirdlәrin әn qısa zamanda tapılmasını arzulayırıq’’.

Qeyd edәk ki, yerli polis dünәn namәlum şәxslәrin Jangebe bölgәsindәki bir mәktәbә hücum edәrәk 300-dәn çox şagirdi girov götürdüyünü açıqlamışdı.

Әlaqәli Xәbәrlәr