Türkiyənin “Atmaca” gəmi əleyhinə raketi son sınağını uğurla həyata keçirdi

Türkiyənin “Atmaca” gəmi əleyhinə raketi son sınaq zamanı hədəfi müvəffəqiyyətlə məhv edib.

1660959
Türkiyənin “Atmaca” gəmi əleyhinə raketi son sınağını uğurla həyata keçirdi
Atmaca-2
Atmaca-3

Türkiyənin “Atmaca” gəmi əleyhinə raketi son sınaq zamanı hədəfi müvəffəqiyyətlə məhv edib.

Prezident Rəcəb Tayyib Ərdoğan "Twitter" hesabında deyib:

“Mavi Vətənimizin polad qılıncı olan “Atmaca” gəmi əleyhinə raket silahlanmaya verilməzdən əvvəl bugünkü son sınaq zamanı ilk dəfə olaraq gəmi hədəf tam dəqiqliklə vurdu”.

Dövlət başçısı raket sınağı ilə bağlı video da paylaşıb.

Qeyd edək ki, Türkiyənin ilk milli "Atmaca" gəmi əleyhinə raketi silahlanmaya verilməzdən əvvəl son sınaqını keçirdi.

"Atmaca" gəmi əleyhinə raketi sınaq atışı çərçivəsində gerçək bir suüstü hədəfini vurdu. Milli istehsal olan raketin Kınalıadadan reallaşan və dəqiq isabətlə nəticələnən atış milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər komandanları tərəfindən də izlənildi.



Әlaqәli Xәbәrlәr