"Türkiyənin hibrit mühərriki bu yay kosmos sərhədini aşacaq", M.Varank

Nazir Varank Milli Kosmos Proqramı işləri çərçivəsində milli və xüsusi hibrit raket mühərrikləri istehsalçısı “Delta V” Kosmos Texnologiyalarının İstanbuldakı Mərkəzinə gedib

1592149
"Türkiyənin hibrit mühərriki bu yay kosmos sərhədini aşacaq", M.Varank

 

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank milli və xüsusi hibrit mühərrikin bu yay kosmos sərhədini aşacaq raketi odlayacağını bildirib.

  Nazir Varank Milli Kosmos Proqramı işləri çərçivəsində milli və xüsusi hibrit raket mühərrikləri istehsalçısı “Delta V” Kosmos Texnologiyalarının İstanbuldakı Mərkəzinə gedib. Orada 2023-cü ildə Aya sərt eniş edilməsi planlaşdırılan pilotsuz kosmos aparatının mövcud nəzəri dizaynına dair texniki xüsusiyyətləri müzakirə olunub.

  Varank Milli Kosmos Proqramı ilə Türkiyəni kosmosa aparmağı və inkişaf edən kosmos iqtisadiyyatından alınan payı artırmağı düşündüklərini bildirərək deyib: “Bu hədəflərin başında Ay missiyası gəlir. Bunun üçün 2023 və 2028-ci illər üçün ikimərhələli planımız var. 2023-cü ildə ilk dəfə öz milli və xüsusi texnologiyalarımzla Aya yaxınlaşmanı reallaşdırmaq istəyirik. Missiyamızın ilk ayağında Aya sərt enişdir. Yer orbitində öz milli və xüsusi raketimizi odlayaraq kosmos aparatımızı Ayla görüşdürəcəyik”.

  Qeyd edək ki, Ay missiyasının ən mühüm ayaqlarından biri olan milli və xüsusi hibrit mühərrik texnologiyasını “Delta V” inkişaf etdirib. Bu yay firma kosmos fəzasını keçəcək Türkiyə raketini işə salacaq.



Әlaqәli Xәbәrlәr