Türkiyənin İsveçrədəki Sürix Baş Konsulluğuna hücum edildi

Türkiyənin İsveçrədəki Sürix Baş Konsulluğu binasına şəxsiyyəti məlum olmayan adamlar tərəfindən şüşə partlayıcı ilə hücum edildi.

1188088
Türkiyənin İsveçrədəki Sürix Baş Konsulluğuna hücum edildi

Türkiyənin İsveçrədəki Sürix Baş Konsulluğu binasına şəxsiyyəti məlum olmayan adamlar tərəfindən şüşə partlayıcı ilə hücum edildi.
 
 Baş konsul Asiyə Nurcan İpəkçi hücumla əlaqədar məlumat verdi.

İpəkçi Baş Konsulluğa hücumun aprelin 21-dən 22-nə keçən gecə saat 02.51-də edildiyini bildirdi.
 
 Bundan əvvəl də konsulluğun hədəfə alındığını xatırladan İpəkçi hələ  heç bir qrupun hücuma görə məsuliyyəti üzərinə götürmədiyini qeyd etdi.
 
  Baş konsul polisin hücumla bağlı üç gənci nəzarətə götürdüyü barədə də məlumat verərək, bunları söylədi: "Hələ bu şəxslərə dair təfərrüatlar açıqlanmayıb. Yaxın günlərdə məsələyə aydınlıq gətiriləcəyini düşünürük". 
 
 Baş konsulluq binasına hər hansı bir zərərin dəymədiyini söyləyən İpəkçi atılan molotov kokteyllərindənn birinin işə düşmədiyini, digərinin isə dəmir barmaqlıqlara dəyərək söndüyünü bildirdi.
 
 Qeyd edək ki, Türkiyənin son illər terror təşkilatlarının hədəfinə çevrilən Sürix Baş Konsulluğu son 2,5 ildə 6 dəfə hücuma məruz qalıb.
 
 1 may 2017-ci ildə Baş Konsulluğun qarşısına gələn üzü maskalı şəxslər konsulluğa boyalarla hücum etmiş, yaxınlıqdakı avtobus dayanacağı və qarşıdakı binaya qırmızı boyalarla "Kill Erdogan" (Ərdoğana ölüm) yazmışdılar.
 
 29 yanvar 2018-ci ildə də şəxsiyyəti məlum olmayan adamlar Sürix Baş Konsulluğunun xidməti maşınını yandırmağa cəhd göstərmişdilər.



Әlaqәli Xәbәrlәr