Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardım Əl-Ariş limanına çatıb
Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardımı daşıyan gəmi Misirin Əl-Ariş limanında lövbər salacaq.
Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardımı daşıyan gəmi Misirin Əl-Ariş limanında lövbər salacaq.
Fələstin xalqına ərzaq, uşaq ləvazimatları və qlütensiz məhsullardan ibarət 3774 ton yardım materialını daşıyan gəmi aprelin 16-da Mersin limanından yola düşmüşdü.
Gəmi 55 saatlıq dəniz səfərindən sonra gecə saatlarında Əl-Ariş limanına çatıb.
Qeyd edək ki, humanitar yardım materialları yük maşınları ilə Rəfah sərhəd-keçid məntəqəsinə aparılacaq.
Buradakı gömrük prosedurlarından sonra materiallar Fələstin Qızıl Aypara Cəmiyyətinə təhvil veriləcək.
Türkiyə hücumların başladığı gündən etibarən Qəzzaya 13 təyyarə və 8 gəmi ilə 39 697 ton müxtəlif humanitar yardım materialı göndərib.
Әlaqәli Xәbәrlәr
“İsraillə ticarəti tamamilə dayandırdıq”, R.T.Ərdoğan
İstanbulda mətbuat nümayəndələrinə açıqlamasında R.T.Ərdoğan deyib ...