Türkiyənin "Torpaq dədə"si həyatdan köçdü

TEMA fondunun “twitter” hesabından yayılan xəbərdə yazılır...

1344232
Türkiyənin "Torpaq dədə"si həyatdan köçdü

 

  Türkiyə Eroziya ilə Mübarizə, Ağaclandırma və Təbii Varlıqları Qoruma (TEMA) Fondunun qurucu fəxri sədri Hayrettin Karaca 97 yaşında həyatdan köçdü.

  TEMA fondunun “twitter” hesabından yayılan xəbərdə yazılır: "Qurucu şərəf başçımız və “Torpaq dədə”miz olan hörmətli Hayrettin Karacanı itirdiyimiz üçün dərin kədər içindəyik. Ölkəmizin başı sağ olsun."

  Qeyd edək ki, "Torpaq dədə" adı ilə tanınan H.Karaca Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Meşə qəhrəmanı” adına layiq görülmüşdü.

  Hayrettin Karaca yanvarın 22-də İstanbulda torpağa tapşırılacaq.



Әlaqәli Xәbәrlәr