Türkiyənin "yeni nəsil tank ovçuları"

Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin zirehli maşın platforması istehsalçılarından olan FNSS arasında Quru Qüvvələri Komandanlığının ehtiyaclarının qarşılanması məqsədiylə imzalanan Silahdaşıyıcı Vasitələr Layihəsi (STA) çərçivəsində işlər davam edir

1146871
Türkiyənin "yeni nəsil tank ovçuları"

  Türkiyənin "yeni nəsil tank ovçuları" əmin addımlarla yürüməyə hazırlaşır.

  Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin zirehli maşın platforması istehsalçılarından olan FNSS arasında Quru Qüvvələri Komandanlığının ehtiyaclarının qarşılanması məqsədiylə imzalanan Silahdaşıyıcı Vasitələr Layihəsi (STA) çərçivəsində işlər davam edir.

  Layihəyə əsasən, Türkiyə Silahlı Qüvvələri (TSQ) inventarında yer alan “Kornet-E” mərmiləri ilə Orta Mənzilli Anti-Tank Silahı (OMTAS) Layihəsi çərçivəsində tədarük ediləcək mərmilərin, hərbi maşınların üzərində istifadəsi üçün ehtiyac duyulan STA-ların ölkəiçi imkanlarla inkişaf etdirilməsi planlaşdırılır.

  FNSS-nin STA Layihəsi çərçivəsində inkişaf etdirdiyi təkərli və zəncirli Anti-Tank platformlarının kalifikasiya testləri davam etsə də, artıq zəncirli Kaplan STA Anti-Tank platformasından OMTAS raketinin ilk atəşi açıldı.

  13 fevral 2019-cu il tarixində Konya Karapınarda edilən atəş testində “Kaplan” STA tankına qarşı ilk OMTAS raketi düzgün nişan aldı və hədəfi vurdu.

  İl sonuna qədər layihənin kalifikasiya (ixtisas) testləri tamamlanacaq və platformaların təsliminə başlanacaqdır.



Әlaqәli Xәbәrlәr