Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Ukrayna Baş naziri Denis Şmiqalı qәbul edib
Prezident İqamәtgahında baş tutan görüş 50 dәqiqә davam edib.
1537161
Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyәdә sәfәrdә olan Ukrayna Baş naziri Denis Şmiqalı qәbul edib.
Prezident İqamәtgahında baş tutan görüş 50 dәqiqә davam edib.
Baş nazir Şmiqal görüşdәn sonra rәsmi ‘‘Twitter’’ sәhifәsindә etdiyi paylaşımda Erdoğanla görüşdüyü üçün mәmnun olduğunu, Türkiyәnin Qara dәnizdә sabitliyin vә tәhlükәsizliyin tәmin olunmasında kritik әhәmiyyәtә malik ölkәlәrdәn biri olduğunu vә bu mәsәlәdә önәmli rol oynadığını ifadә edib.
Ukraynanın Türkiyә ilә әmәkdaşlığını güclәndirmәk istәdiyini bildirәn Şmiqal deyib: ‘‘Azad ticarәt müqavilәsi bu әmәkdaşlığı tәşviq edәcәk’’.
Әlaqәli Xәbәrlәr
Türkiyə-Yunanıstan arasında Etimad Tədbirləri Toplantısı
Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumata görə ...