Türkiyә prezidenti sabah ABŞ-a sәfәr edәcәk

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Birlәşmiş Millәtlәr Tәşkilatının 74-cü sessiyasına qatılmaq üçün sabah  Amerika Birlәşmiş Ştatlarına sәfәr edәcәk.

1273406
Türkiyә prezidenti sabah ABŞ-a sәfәr edәcәk

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Birlәşmiş Millәtlәr Tәşkilatının 74-cü sessiyasına qatılmaq üçün sabah  Amerika Birlәşmiş Ştatlarına sәfәr edәcәk.

Rәcәb Tayyib  Ərdoğan səfəri çərçivəsində ABŞ prezidenti Donald Tramp ilə də bir araya gələrək  ABŞ ilә  Suriyanın şimalında yaradılacaq  təhlükəsiz bölgә mәsәlәsini müzakirә edәcәk.

Prezident Rәcәb Tayyib Ərdoğan  Trampa Türkiyənin "təhlükəsiz bölgə" mövzusundakı qətiyyətli mövqeyini  çatdıracaq vә atılacaq addımları bir daha xatırladacaq.

Türkiyә prezidenti Ərdoğan  Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində də dünya ictimaiyyətinə müraciət edərək  təhlükəsiz bölgənin  әhәmiyyәtindәn danışacaq. Әrdoğan çıxışında hәmçinin  bu bölgәnin  suriyalı qaçqınların geri qayıdması  üçün əhəmiyyətli liman olduğu bildirәcәk.

Rәcәb Tayyib Әrdoğanın  Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibi  Antonio Quterreş,  Fransa prezidenti Emmanuel Makron, Almaniya  kansleri Angela Merkel, Britaniya baş naziri  Boris Conson ilə də bir araya gəlməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr