Türkiyə Qəzzaya humanitar yardım göndərməyə davam edir

Türkiyədən Qəzzaya göndərilən 9-cu yardım gəmisinin daşıdığı 3 774 ton humanitar yardımın təxliyyəsinə başlanılıb.

2130063
Türkiyə Qəzzaya humanitar yardım göndərməyə davam edir

Türkiyənin Qəzza üçün Misirə göndərdiyi 9-cu yardım gəmisinin daşıdığı 3 774 ton humanitar yardım limana endirilir.
Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi ilə göndərilən humanitar yardım materialının Fələstin xalqına çatdırılması üçün işlər davam etdirilir.
Aprelin 16-da Mersindən yola düşən gəmi Qəzza yaxınlığındakı Əl-Ariş limanında lövbər saldı.
Məlumata əsasən, gəmidəki yardım materialının bir hissəsi limana endirilib.
Qeyd edək ki, humanitar yardım materialı yük maşınları ilə Rəfah sərhəd-keçid məntəqəsinə aparılacaq.
Buradakı gömrük prosedurlarından sonra humanitar yardım materialları Fələstin Qızıl Aypara Cəmiyyətinə təhvil veriləcək.
Türkiyə hücumların başladığı gündən etibarən Qəzzaya 13 təyyarə və 8 gəmi ilə 39 697 ton müxtəlif humanitar yardım materialı göndərib.



Әlaqәli Xәbәrlәr