Türkiyə Somali ordusuna hərbi paltarlar bağışladı

Türkiyənin Somalidəki Səfirliyi sosial media hesabından paylaşdığı açıqlamada bildirib...

1289807
Türkiyə Somali ordusuna hərbi paltarlar bağışladı

 

  Türkiyə Somali Milli Ordusuna 60 min dəst hərbi mundir və çəkmə bağışladı.

  Türkiyənin Somalidəki Səfirliyi sosial media hesabından paylaşdığı açıqlamada bildirib: “Paytaxt Moqadişudakı Türkiyə hərbi təhsil mərkəzində Somali ordusuna veriləcək geyim ianəsi üçün imza mərasimi keçirildi. Türkiyə Silahlı Qüvvələri (TSQ) Somali ordusuna 60 min dəst hərbi mundir və çəkmə, donanmasına isə 3862 geyim bağışladı.”  

  Xatırladaq ki, Moqadişudakı Somali Türkiyə Hərbi Xidmət Komandanlığının açılışı 2017-ci ilin sentyabrında Türkiyənin 29-cu baş qərargah rəisi, hal-hazırda ölkənin milli müdafiə naziri Hulusi Akar tərəfindən olub.



Әlaqәli Xәbәrlәr