Türkiyə və Pakistan hərbi dəniz qüvvələri birgə təlimlər keçirdilər

Bu barədə Pakistan Hərbi Dəniz Qüvvələri Komandanlığı məlumat verdi.

1146584
Türkiyə və Pakistan hərbi dəniz qüvvələri birgə təlimlər keçirdilər

Türkiyə və Pakistan hərbi dəniz qüvvələri ortaq təlimlər keçirdilər

Bu barədə Pakistan Hərbi Dəniz Qüvvələri Komandanlığı məlumat verdi.

Məlumatda III Turqutrəis Təlimlərində Türkiyədən "TCG Gökçeada" freqatının iştirak etdiyi bildirilir.

"TCG Gökçeada"nın keçən həftə təşkil edilən beynəlxalq AMAN-2019 təlimləri üçün Pakistana getdiyi xatırladılan məlumatda III  Turgutrəis Təlimlərində Pakistan tərəfindən "Alamgir" və "Aslat "gəmilərinin və dəniz patrul təyyarəsinin qatıldığı qeyd edilir.

Məlumatda ik idonanma birliklərinin taktiki toplantıları, müasir döyüş texnikaları və dəniz təhlükəsizliyi toplantıları ilə yanaşı, liman və sü üstü təlimlər keçirdiyi ifadə olundu.

Təlimlərin məqsədi iki ölkənin hərbi potensialının taktiki qabiliyyətlərinin inkişaf etdirilməsidir.

Qeyd etmək lazımdır ki, Pakistan və Türkiyə ordusu bir çox sahədə birgə işlərə imza atır. Daha əvvəl  I və II Turgutrıis Təlimlərini keçirən iki ölkə donanması keçən həftə də 2007-ci ildən etibarən hər iki ildə bir təşkil edilən AMAN təlimlərində bir araya gəlib.



Әlaqәli Xәbәrlәr