Türkiyә vә Rusiya hәrbçilәri Suriyada dördüncü patrul xidmәtini hәyata keçirib

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1304247
Türkiyә vә Rusiya hәrbçilәri Suriyada dördüncü patrul xidmәtini hәyata keçirib

 

 

Şoçidә әldә olunan razılaşmaya çәrçivәsindә  Türkiyә vә Rusiya hәrbçilәri Fәrat çayının şәrqindә dördüncü  birgә patrul xidmәtini hәyata keçirib.

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumatda Rusiya ilә Türkiyә arasında әldә olunan razılaşma çәrçivәsindәki fәaliyyәtlәrin davam etdirildiyi bildirilir.

Türkiyә Silahlı Qüvvәlәri vә Rusiya Silahlı Qüvvәlәri  növbәti patrul xidmәtini  Derbesiye bölgәsindә hәyata keçirib.

Bu, Türkiyə-Suriya sərhəd xətti boyunca həyata keçirilən dördüncü  birgə patruldur.

Xatırladaq ki, Türkiyә vә Rusiya hәrbçilәri birinci  birgә patrul xidmәtini noyabrın birindә hәyata keçirmişdi.



Әlaqәli Xәbәrlәr