Türkiyə XİN İsrail-İran gərginliyi ilə bağlı bəyanat yaydı

Türkiye İran və İsrail arasındakı gərginliyin daimi münaqişəyə çevrilməsi riski ilə bağlı xəbərdarlıq edib.

2129906
Türkiyə XİN İsrail-İran gərginliyi ilə bağlı bəyanat yaydı

Türkiye İran və İsrail arasındakı gərginliyin daimi münaqişəyə çevrilməsi riski ilə bağlı xəbərdarlıq edib.
Xarici İşlər Nazirliyi İsrail və İran arasında yaşanan gərginliklə bağlı bəyanat yayıb.
Bəyanatda İsrailin aprelin 1-də beynəlxalq hüquqa zidd olaraq İranın Dəməşqdəki səfirliyinə hücumu ilə başlayan gərginlik xatırladılıb və son hadisələrdən sonra vəziyyətin daimi qarşıdurmaya çevrilməsi riskinin olduğu diqqətə çatdırılıb.
Bəyanatda  hadisələrin yaxından izləndiyi bildirilib.
“Biz bütün tərəfləri daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”,-bəyanatda qeyd olunub.
Beynəlxalq ictimaiyyətə də müraciət edilən bəyanatda deyilir:  
“Beynəlxalq ictimaiyyətin ilkin prioriteti Qəzzada qətliamın dayandırılması və Fələstin dövlətinin yaradılması ilə bölgəmizdə daimi sülhün təmin edilməsi olmalıdır”. 
İran mediası İran Hərbi Hava Qüvvələri bazasının yerləşdiyi İsfahan vilayətinin şimal-şərqində partlayış səslərinin eşidildiyini bildirib.
İsfahan vilayətində eşidilən partlayış səslərindən sonra paytaxt Tehran, İsfahan, Şiraz və İranın bəzi bölgələrində uçuşların dayandırıldığı qeyd olunub.
Amerikanın media orqanları İsrailin İran ərazisinə hücum etdiyinə dair məlumat yaymışdı.


Etiketlәr: #İsrail , #İran , #Türkiyə

Әlaqәli Xәbәrlәr