Türkiyǝ Ermǝnistan silahlı qüvvǝlǝrinin Azǝrbaycanın Tovuz bölgǝsinǝ hücumunu qınayıb

Türkiyǝ Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu şiddətlə qınayıb.

1454012
Türkiyǝ Ermǝnistan silahlı qüvvǝlǝrinin Azǝrbaycanın Tovuz bölgǝsinǝ hücumunu qınayıb

 

 

Türkiyǝ Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu şiddətlə qınayıb.

Xarici İşlǝr Nazirliyindǝn verilǝn bǝyanatda bildirilib ki, Ermənistanın xəstə təfəkkürlü millətçilik anlayışının yeni bir forması olan bu hücumun qarşısının Azərbaycan tərəfindən qətiyyətlə alınması təcavüzkar niyyətin cavabsız qalmayacağını göstərib.

Bǝyanatda vurğulanır ki, Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonları illərdən bəri əsassız olaraq işğalda saxlaması faktından yayındırmaq üçün münaqişəyə yeni bir don geyindirməsi, problemin siyasi həllinin qarşısını kəsmək üçün göstərdiyi təcavüz cəhdi nəticəsiz qalmağa məhkumdur. Ermənistan tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıllı və hüquqi yol seçməlidir. Həddini aşan əməllərlə sərgüzəştlik etmək Ermənistanın zəifliyini ortaya qoyur, bölgəmizdəki sülh və sabitliyə qarşı böyük maneə yaradır. Ermənistanın öz təcavüzkarlığını ört-basır etmək cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək.

Türkiyə ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək.



Әlaqәli Xәbәrlәr