Vətənə dönə bilməyən sürücülərin də ehtiyacları təmin edilir

Almaniyanın Köln şəhəri yaxınlığındakı Hürth qəsəbəsinin Dini İşlər üzrə Türk-İslam Birliyinə bağlı Hürth məscidinin səlahiyyətliləri yeni növ korona virusu (Covid-19) tədbirləri çərçivəsində ehtiyac sahiblərinə yardım paylayıblar

1422467
Vətənə dönə bilməyən sürücülərin də ehtiyacları təmin edilir

 

  Almaniyanın Köln şəhəri yaxınlığındakı Hürth qəsəbəsinin Dini İşlər üzrə Türk-İslam Birliyinə (Diyanet İşleri Türk İslam Birliği - DİTİB) bağlı Hürth məscidinin səlahiyyətliləri yeni növ korona virusu (Covid-19) tədbirləri çərçivəsində ehtiyac sahiblərinə yardım paylayıblar.

  Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Departamentinin (YTB) töhfələri ilə reallaşan, "Sən tək deyilsən" (Yalnız Değilsin) devizi ilə həyata keçirilən layihəyə əsasən yardım qutularına gigiyena ləvazimatı ilə yanaşı qida məhsulları da daxil edilib.

  Xaricdə ali təhsil müəssisələrində mübadilə proqramları ilə əlaqədar qalan və epidemiya səbəbindən maliyyə dəstəyi almaq imkanı olmayan Türkiyə vətəndaşlarına kirayə yardımından əlavə müxtəlif hədiyyələr verilib.

  Türkiyədən Almaniya səfər edən və ölkəyə dönə bilməyən sürücülərin isti yemək və hamam ehtiyacları təmin edilib.

  Almaniyada tək yaşayan Türkiyə vətəndaşlarına da baş çəkilib.

  Hürth Məscidi Dərnəyinin sədri Şeref Turna bütün bu yardım və dəstəyə görə, başda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, Dini İşlər (Diyanet) üzrə İdarənin rəhbəri Əli Erbaş, Xarici İşlər Nazirliyi və YTB-yə təşəkkür edib.



Әlaqәli Xәbәrlәr