Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bir daha xəbərdarlıq etdi

Türkiyə Cənubi Kıbrıs (Kipr) Rum İdarəsinin (CKRİ) etibarsız sənədlərinə əsaslanaraq Türk dənizdibi ərazində hər hansı fəaliyyət göstərilə bilməyəcəyi mövzusunda bir daha xəbərdarlıq etdi.

1273000
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bir daha xəbərdarlıq etdi

Türkiyə Cənubi Kıbrıs (Kipr) Rum İdarəsinin (CKRİ) etibarsız sənədlərinə əsaslanaraq Türk dənizdibi ərazində hər hansı fəaliyyət göstərilə bilməyəcəyi mövzusunda bir daha xəbərdarlıq etdi.

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy CKRİ-nin 7 nömrəli dırnaqarası sənəddə nəzərdə tutulan sahə üçün beynəlxalq şirkətlərlə saziş imzaladığına dair xəbərlər barədə nazirliyə yönəldilən suala yazılı cavab verdi.

Aksoy “7 nömrəli dırnaqarası sənədin əhatə etdiyi sahənin bir hissəsi, daha əvvəldən də diqqətə çatdırdığımız və beynəlxalq ictimaiyyətlə də bölüşdüyümüz kimi, ölkəmizin bölgədəki BMT nəzdində də qeydiyyata salınmış dənizdibi ərazisi daxilindədir” ifadəsini işlətdi.

Aksoy heç bir xarici ölkə, şirkət və ya gəminin Türkiyənin dənizlərə olan səhaliyyət sahələrində icazəsiz olaraq karbohidrogen axtarma-çıxarma fəaliyyətləri göstərilməsinə, bundan sonra da heç bir şəkildə imkan verməyəcəyini, haqq və maraqlarını qorumaq üçün lazımi tədbirləri görməkdə davam edəcəyini vurğuladı.

Hami Aksoy Türkiyənin CKRİ-nin Kıbrıs Türklərinin haqlarını qəsb etməyi hədəf götürən təktərəfli əməliyyatlarının Şərqi Aralıq dənizindəki sülh və sabitliyə töhfəsinin olmadığı barədəki güclü xəbərdarlıqlarını davam etdirdiyini vurğulayaraq dedi:

“Adanın karbohidrogen qaynaqlarının bərabər bölüşdürülməsi istiqamətində Kıbrıs Türkləri tərəfindən təqdim edilən təklif masadadır. Atılan bu imza CKRİ-nin Kıbrıs Türk tərəfinin Adadakı və ətrafındakı təbii sərvətlər üzərindəki bərabər, ayrılmaz haqq və maraqlarını gözdən yayındıran məsuliyyətsiz mövqeyini davam etdirməsindəki təəssüf ki israrlı olduğunun göstəricisidir. Bölgə ilə maraqlanan şirkətləri CKRİ-nin etibarsız sənədlərə əsaslanaraq Türk dənizdibi ərazisində hər hansı karbohidrogen axtarışı fəaliyyətlərini göstərə bilməyəcəyi barədə bir daha xəbərdar edirik”.



Әlaqәli Xәbәrlәr